AFFA-da Klublar Komitəsinin iclası keçirilib

AFFA-da Klublar Komitəsinin iclası keçirilib

Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.SİA-nın məlumatına görə, iclasda UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli, Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev, PFL-in Texniki İdman şöbəsinin rəisi Elgiz Abbasov, Premyer Liqada mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.

Toplantıda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Eyni zamanda 2019-cu ilin yekunları müzakirə olunub. KK sədri vəzifəsinə seçkinin isə 2020-ci ilin martında keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə