"Mançester Siti" 2:0 öndə olduğu oyunda məğlubiyyətlə barışıb

"Mançester Siti" 2:0 öndə olduğu oyunda məğlubiyyətlə barışıb

İngiltərə Premyer Liqasında XIX tur başa çatıb.

SİA xəbər verir ki, turun son oyun günündə keçirilən yeganə matçda son çempion “Mançester Siti” səfərdə “Vulverhempton”la görüşüb. Matç qonaqlar üçün uğursuz başlayıb.

12-ci dəqiqədə mançesterlilərin qapıçısı Ederson sonuncu ümid foluna görə qırmızı vərəqə ilə cəzalanıb. Digər qapıçı Klaudio Bravo komandanın aparıcı futbolçularından olan Serxio Aqueronu əvəzləyərək meydana daxil olub.

Hissənin ortalarında Rahim Sterlinq penaltini qaçırıb. Lakin hakim zərbənin təkrarlanmasını istəyib. Sterlinq bu dəfə də dəqiq olmayıb. Amma o, təkrar toxunuşla hesabı açıb.

Fasilədən sonra Rahim dublunu rəsmiləşdirib. Bu qoldan az sonra meydan sahibləri fərqi minimuma endiriblər. Matçın sonlarında daha iki qol vuran “Vulverhempton” əzmkar qələbə qazanıb.

Qeyd edək ki, növbəti turun oyunları dekabrın 28-29-da keçiriləcək.

İngiltərə Premyer Liqası
XIX tur
27 dekabr
“Vulverhempton” – “Mançester Siti” – 3:2
Traore, 55, Ximenes, 82, Doherti, 89 – Sterlinq, 25, 50

1.

Liverpul

18

17

1

0

46:14

52

2.

Lester

19

12

3

4

41:18

39

3.

Mançester S.

19

12

2

5

52:23

38

4.

Çelsi

19

10

2

7

33:27

32

5.

Vulverhempton

19

7

9

3

29:24

30

6.

Tottenhem

19

8

5

6

34:27

29

7.

Şeffild Y.

19

7

8

4

23:17

29

8.

Mançester Y.

19

7

7

5

30:23

28

9.

Kristal P.

19

7

5

7

17:21

26

10.

Nyukasl

19

7

4

8

19:28

25

11.

Arsenal

19

5

9

5

25:28

24

12.

Bernli

19

7

3

9

23:30

24

13.

Everton

19

6

4

9

21:29

22

14.

Sauthempton

19

6

3

10

23:37

21

15.

Brayton

19

5

5

9

22:28

20

16.

Bornmut

19

5

5

9

20:26

20

17.

Vest Hem

18

5

4

9

20:30

19

18.

Aston Villa

19

5

3

11

25:33

18

19.

Uotford

19

2

7

10

12:33

13

20.

Norviç

19

3

3

13

19:38

12

Bütün xəbərlər Facebook səhifəmizdə