Zlatan İbrahimoviçin "Milan"a qayıdışı rəsmiləşib

Zlatan İbrahimoviçin "Milan"a qayıdışı rəsmiləşib
"Los Anceles Qalaksi"dən ayrılan Zlatan İbrahimoviçin "Milan"a qayıdışı rəsmiləşib. SİA klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu ilə 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb. İtaliya mətbuatı İbrahimoviçin A seriyası təmsilçisində bu mövsüm 3 milyon avro qazanacağını yazıb. Qeyd edək ki, isveçli oyunçu bundan əvvəl 2010-2012-ci illərdə "Milan"da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə