Azərbaycan millisi Malta yığması ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan millisi Malta yığması ilə yoldaşlıq görüşü keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası gələn il martın 30-da yoldaşlıq oyunu keçirəcək. SİA-nın məlumatına görə, millimiz səfərdə Malta yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi 2018-ci ildə UEFA Millətlər Liqasında Malta yığması ilə iki dəfə üz-üzə gəlib. Hər iki qarşılaşma eyni hesabla (1:1) başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə