İlin ən yaxşı idmançıları açıqlanıb

İlin ən yaxşı idmançıları açıqlanıb

Dekabrın 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Rəsmilərin çıxışından sonra müxtəlif nominasiyalar üzrə 2019-cu ilin ən yaxşıları mükafatlandırılıb. “İlin ən yaxşı idmançısı” nominasiyasında Hacı Əliyev (sərbəst güləş), Rostislav Pevtsov (triatlon), Nazim Babayev (atletika), Teymur Rəcəbov (şahmat), Mariya Stadnik (qadın güləşi), Milad Beigi Hərceqani (taekvondo), Rüstəm Orucov (cüdo), Zöhrə Ağamirova (bədii gimnastika), Elçin Əsədov (velosiped), Ramal Aslanov (kikboksinq), Aynur Məmmədova (parataekvondo) mükafatlandırılıblar. Ziyad Xəlfəyev (atletika), Rəşad Əhmədov (taekvondo), Əkbər Muradov (güllə atıcılığı) “Ən yaxşı məşqçi”, Emin Qurbanəliyev (boks), Fariz Hüseynov (cudo), Asif Şirəliyev (güləş) isə “Ən yaxşı məşqçi” adlarına layiq görülüblər. İdman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Gimnastika Federasiyası mükafatlandırılıb. Azərbaycan Cüdo Federasiyası isə ilin ən yaxşı federasiyası mükafatına layiq görülüblər. Şahmat üzrə qadınlardan ibarət yığmamız isə “İlin ən yaxşı komandası” seçilib.

Tədbirdə, həmçinin ilin ən yaxşı idman qurğuları, idman təşkilatları, ən fəal idman veteranı, idman həkimi, idman jurnalisti, media layihəsi, idman agentliyi, idman verilişlərinin təşkilatçısı nominasiyalarının qalibləri də təltif olunublar.

Fotolar: Nigar Vəlili

Bütün xəbərlər Facebook səhifəmizdə