Keçmiş “Xəzər Lənkəran”lı hücumçunun baş məşqçi kimi yeni iş yeri məlum olub

Keçmiş “Xəzər Lənkəran”lı hücumçunun baş məşqçi kimi yeni iş yeri məlum olub

Türkiyəli mütəxəssis Oktay Dərəlioğlunun yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 44 yaşlı mütəxəssis “BAK Spor” klubunun baş məşqçisi təyin olunub.

Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Oktayla 2,5 illik müqavilə imzalanıb.

“BAK Spor” Türkiyənin 2-ci liqasının “Beyaz” qrupunda mübarizə aparır.

Oktay Dərəlioğlu futbolçu karyerası ərzində 2005/06 mövsümündə “Xəzər Lənkəran”da forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə