“Neftçi”nin Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib. "Ağ-qaraların" rəsmi Feysbuk səhifəsində yer alan məlumatda deyilir ki, komanda yanvarın 20-də Belekdəki “Gloria Sports Arena”da Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, qardaş ölkədəki hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi”nin yanvarın 15-dəkı rəqibi Polşanın “LKS Lodz” klubu olacaq. Yanvarın 24-ü keçiriləcək sonuncu sınaq matçındakı rəqib haqda daha sonra məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB