Münhen klubu "Bavariya" ciddi itki ilə üzləşib. Trend-in məlumatına görə, klubun aparıcı oyunçularından biri - Xavi Martines Bundesliqanın 17-ci turunda "Volfsburq"la matçda (2:0) ciddi zədə alıb. Təcrübəli dayaq yarımmüdafiəçisinin ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.
Qeyd edək ki, Martines komandasının qış fasiləsi dönəmində Dohada təşkil olunacaq hazırlıq prosesində də iştirak edə bilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB