"Barselona" transferlərə 75 miyon avro ayırıb

"Barselona" transferlərə 75 miyon avro ayırıb

“Barselona”nın qış transferlərinə xərcləyəcəyi vəsaitin məbləği müəyyənləşib. İspaniya mətbuatının yazdığına görə, Kataloniya klubu transferlər üçün 75 milyon avro ayırıb. Klub rəhbərliyi əsasən gənc futbolçuların alınmasını istəyir. Bundan başqa, komandanın baş məşqçisi Ernesto Valverdenin də klubdakı taleyi ilə bağlı müzakirə aparılıb. Ancaq müzakirələrin detalları açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə