Uruqvaylı futbolçu “Qalatasaray”da

Uruqvaylı futbolçu “Qalatasaray”da

İstanbulun “Qalatasaray” klubu, heyətinə yeni futbolçu cəlb edir. İstanbul klubu “Leyptsiq”in müdafiəçisi Marselo Saraççini transfer etməyə yaxındır. Almaniya mətbuatı “Qalatasaray”ın 22 yaşlı futboçunu icarəyə götürəcəyini yazıb. Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. Qeyd edək ki, 2018-ci ilin yayından “Leyptsiq”də çıxış edən Uruqvay millisinin üzvü bu mövsüm Bundesliqada 4 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə