İdmançılarımız beynəlxalq turnirdə medal qazanıblar

İdmançılarımız beynəlxalq turnirdə medal qazanıblar

Qazaxıstanın Almatı şəhərində kombat ciu-citsu idman növü üzrə beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, ölkəmizi bu turnirdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin 3 idmançisi təmsil edib.

Yarışda 12-13 yaş kateqoriyasında Eyyub Əkbərov (60 kq), 16-17 yaş kateqoriyasında isə Esmira Məmmədova (65 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Medal hesabına görə birinci pillədə Qazaxıstan, ikinci yerdə Özbəkistan və üçüncü pillədə isə Azərbaycan komandası qərarlaşıb.

Qeyd edək ki, komandamız respublikanın Əməkdar məşqçisi Rəsul Məmmədovun rəhbərliyi altında mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə