Azərbaycan millisi Türkiyə ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Türkiyə ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan və Türkiyənin futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. SİA-nın məlumatına görə, yığmamız Türkiyə ilə qarşılaşacaq. Oyun mayın 26-da baş tutacaq. Görüş Türkiyənin Antalya şəhərində keçiriləcək.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə