Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə birinciliyi və çempionatına start verilib. SİA-nın məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının verdiyi xəbərə görə, yarışlar Abşeron Olimpiya İdman Kompleksində keçirilir. Yeniyetmələr arasında yarışlar 24-25 dekabr tarixlərində baş tutacaq. Dekabrın 26-27-də gənc taekvondoçular arasında respublika birinciliyi, dekabrın 28-də isə böyüklər arasında ölkə birinciliyi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB