Mario Mandzukiç karyerasını Qətərin "Əl Duhail" klubunda davam etdirəcək
Mario Mandzukiçin yeni klubu məlum olub.
SİA xəbər verir ki, 33 yaşlı oyunçu karyerasını Qətərin "Əl Duhail" klubunda davam etdirəcək. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyalı hücumçu ilə 2.5 illik müqavilə imzalanıb.
Qeyri-rəsmi xəbərə görə, onun illik qazancının 7 milyon 300 min avro olacağı bildirilir.
Qeyd edək ki, M.Mandzukiç "Bavariya", "Atletiko", "Yuventus" kimi komandalarda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB