Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib. Belə ki, "Sumqayıt" klubu, öz meydanında "Neftçi"yə qarşı keçirdiyi 1/4 final mərhələsinin cavab oyununda qolsuz heç-heçə etməklə yarımfinala yüksəlib. Səfərdə baş tutan ilk matçda 1:0 hesabı ilə qalib gələn Sumqayıtın eyni adlı təmsilçisi yoluna davam edib.
Qeyd edək ki, bunadək "Zirə" və "Qəbələ" növbəti raunda vəsiqə qazanaraq ilk yarımfinal cütünü təşkil ediblər. "Sumqayıt"ın rəqibi isə "Keşlə" - "Qarabağ" cütünün qalibi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB