Futzal üzrə “Premier” – “Araz” oyununun vaxtı açıqlanıb

Futzal üzrə “Premier” – “Araz” oyununun vaxtı açıqlanıb

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIV turun “Premier” (Quba) – “Araz” oyununun məkanı müəyyənləşib.

SİA-nın məlumatına görə, qarşılaşma Qubada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin İdman kompeksində keçiriləcək. Görüş dekabrın 25-də saat 14:00-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Yüksək Liqanın debütantı olan əyalət təmsilçisi oyunun Qubada keçirilməsi ilə bağlı AFF-yə müraciət ünvanlayıb. Vəziyyəti dəyərləndirən və idman kompleksinə baxış keçirən qurum qarşı tərəfin müraciətini müsbət cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə