"Rubin"in baş məşqçisi təyin olunacağı gözlənilən Leonid Slutski Kazan təmsilçisinin bazasına gedib. Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssis klubun infrastrukturu ilə tanış olub. "Rubin" L.Slutskinin təyinatını bu gün rəsmən elan edəcək. Onunla yaxın vaxtlarda 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Rubin" Rusiya Premyer Liqasında hazırda 19 xalla 13-cü pillədə qərarlaşıb. Komanda oktyabrın 5-dən qələbə qazana bilmir. Xatırladaq ki, L.Slutskinin son iş yeri Hollandiyanın "Vitess" klubu olub. O, ötən ay istefaya göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB