Dekabrın 19-dan 24-dək Qətərin paytaxtı Dohada ağır atletika üzrə 6-cı beynəlxalq Qətər kuboku turniri keçiriləcək. SİA-nın məlumatına görə, “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda Asif Məmmədovun rəhbərliyi ilə yığma komandamızın üç üzvü iştirak edəcək.
Turnirdə qadınların yarışında Boyanka Kostova (59 kq), kişilərin mübarizəsində isə Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) güclərini sınayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB