Emre Can "Yuventus"u qış transfer pəncərəsində böyük ehtimalla tərk edəcək. Goal.com bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, alman yarımmüdafiəçi komandadakı vəziyyətindən narazıdır. 25 yaşlı oyunçunun Çempionlar Liqasının qrup mərhələsi üçün sifariş ərizəsində yer almaması onun baş məşqçi Maurisio Sarri ilə münasibətlərini çətinləşdirib.
Qeyd edək ki, bu mövsüm cəmi 7 matçda oynayan E.Canla "Fiorentina", "Mançester Yunayted" və Dortmund "Borussiya"sının maraqlandığı iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB