Taekvondoçumuz Böyük Dəbilqədə dördüncü olub

Taekvondoçumuz Böyük Dəbilqədə dördüncü olub

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Çinin Usi şəhərində keçirilən Böyük Dəbilqə turnirində 4-cü olub. "Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə çinli Tuersun Mayerdanı 2:0 hesabı ilə üstələyib. Harçeqani növbəti görüşdə yaponiyalı Hidenori İbatanı da eyni hesabla məğlub edib. O, yarımfinalda koreyalı Hvan Nam-Qonqa uduzub - 1:2.

Dünya çempionu üçüncü yer uğrunda görüşdə özbəkistanlı Nikita Rafaloviçlə dueldən məğlub ayrılıb. Qeyd edək ki, Milad Beigi Harçeqani Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə