İspaniyanın Kataloniya vilayətinin polisi futbol üzrə ölkə çempionatının “Barselona” və “Real” klubları arasında matçı ərəfəsində Barselonanın “Kamp Nou” stadionu rayonunda təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb. Bu barədə “Periodiko” qəzeti yazıb.
Asayiş keşikçiləri komandaların stadiona gəldiyi iki küçədə hərəkəti qismən dayandırıblar. Bundan əlavə, polis otelin ətrafını çəpərləyib.
SİA TASS agentliyinə istinadla xəbər verir ki, əvvəlcə matçı oktyabrın 26-da keçirmək planlaşdırılmışdı, lakin Kataloniyada iğtişaşlara görə oyun başqa vaxta keçirilib. Regionun müstəqilliyinin tərəfdarları oyundan əvvəl yeni etiraz aksiyası təşkil etməyi vəd edirlər. Nəticədə hüquq mühafizə orqanları təhlükəsizlik tədbirlərini gücləndirməyi qərara alıblar. Gözlənildiyinə görə, asayişi təqribən üç min adam, o cümlədən özəl mühafizə şirkətlərinin təmsilçiləri təmin edəcəklər.
Etirazçılar oktyabr ayında İspaniya Ali Məhkəməsinin 2017-ci ildə müstəqillik haqqında qanunsuz referendumun təşkilinə aidiyyəti olan regional siyasətçilərin işi üzrə qərarına qarşı aksiyalar təşkil ediblər.
İspaniya çempionatının 10-cu turunun “Barselona” və “Real” arasında matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB