Üzgüçülük üzrə açıq turnir keçirilib

Üzgüçülük üzrə açıq turnir keçirilib

Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə üzgüçülük üzrə açıq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə 28 klubdan 150-yə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.

Açıq turnirdə 2008–2012-ci il yaş qrupunda olan üzgüçülər 200 metr məsafəyə qarışıq, 100 metr məsafəyə isə baterflay, arxasıüstə, bras və krol üsulları üzrə yarışıblar.

İlk üç yeri tutan idmançılara diplom və medallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə