Eşli Yanq kapitanı olduğu "Mançester Yunayted"dən bu mövsümün sonu ayrılacaq

Eşli Yanq kapitanı olduğu "Mançester Yunayted"dən bu mövsümün sonu ayrılacaq

Eşli Yanq kapitanı olduğu "Mançester Yunayted"dən böyük ehtimalla bu mövsümün sonu ayrılacaq.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, İngiltərə klubu rəhbərliyi 34 yaşlı müdafiəçi ilə gələn ilin yayı başa çatacaq müqaviləni yeniləməyi planlaşdırmır. Karyerasını bitiməyi düşünməyən Yanqın yanvar ayından başqa klublarla danışıqlar apara biləcəyi vurğulanıb.

Qeyd edək ki, Yanq 2011-ci ildən "MY"da oynayır. O, bu mövsüm 11 matçda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə