Cüdoçuların Bakı birinciliyinin qalibləri müəyyənləşib

Cüdoçuların Bakı birinciliyinin qalibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Mərkəzində yeniyetmə cüdoçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb. SİA-nın məlumatına görə, yarışda oğlanlar və qızlar 9 çəki dərəcəsində paytaxt birinciliyinin qaliblərini müəyyənləşdiriblər.

Yarışın sonuncu günündə Qədir Hüseynov (55 kq), Etibar Əlihümbətov (60 kq), Nahid İsmayılov (73 kq), Yalçın Əliağayev (90 kq-dan yuxarı), Fəridə İskəndərova (44 kq), Fidan Əlizadə (57 kq) və Nərmin Əmirli (70 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.

Yarışda 54 klubdan 576 yeniyetmə cüdoçu mübarizə aparıb. Yarışda fərqlənən cüdoçular gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak edəcəklər.

ədova məğlubiyyətindən bəri ilk döyüşü olacaq.

Keçmiş iki çəki dünya çempionu Konor Makqreqor və veteran idmançı Donald Serrone arasındakı ağır toqquşma yanvarın 18-də Las-Veqasda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə