Azərbaycan karateçiləri İtaliyada 3 medal qazand FOTO

Baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri İtaliyanın Venesiya şəhərində Gənclərin Karate1 Premyer Liqa turnirinin ilk günü 3 medal qazanıblar. Azərbaycan Milli Karate Federasiyasından SİA-ya verilən məlumata görə, 13-15 dekabr tarixlərində yarışın ilk günü mübarizəyə qatılan 16-17 yaşlı idmançılardan Polina Qurenko (-53 kq) və Ramil Baxşəliyev (-55 kq) turnirin gümüş mükafatını qazanıb. Öz çəki dərəcələrində favoritlərdən sayılan Hüseyn Məmmədli və Əminağa Quliyev (-61 kq) bürünc medal uğrunda həlledici görüşdə qarşılaşıblar. Hesab açıılmadığından hakimlərin qərarı ilə öyüşü daha fəal keçirən Ə.Quliyev qalib gəlib. Tale Yaqubov və Turan Rzazadə (hər iksi -68 kq) 1/4 finalda, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə və Fərid Ağayev (-76 kq), həmçinin Ayla Rzazadə (-59 kq), Humay Həsənli (+59 kq), eləcə də Zəhra Qurbanzadə və Həsənəli Həsənov (hər iksi kata) isə daha əvvəlki mərhələlərdə məğlub olublar. Qarşıda 14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (-52 kq), Nicat Kərimli və Fərid Savadov (-57 kq), Azər Tapdıqlı və Rumil Cəfərli (-63 kq), Arina Bezrebra və Hüseyn Nəsirli (kata) mükafatlar uğrunda mübarizə aparacaqlar. İdmançılarla bir yerdə beynəlxalq hakim Cahangir Babayev və milli hakim Mir-Cabbar Seyidov, o cümlədən məşqçilər Denis Morozov və Nağı Mehdiyev liqa yarışlarına yollanıb. Dünya Karate Federasiyasının (WKF) 2018-ci il mövsümündə son rəsmi yarışına 65 ölkədən 3180 karateçi qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə