“Liverpul”un futbolçusu ən yaxşı seçildi

“Liverpul”un futbolçusu ən yaxşı seçildi

“Liverpul”un futbolçusu Sadio Mane İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşısı seçilib. Klubun rəsmi saytında yer alan məlumatda deyilir ki, seneqallı hücumçu noyabr ayında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 27 yaşlı oyunçu, “Aston Villa”, “Mançester Siti” və “Kristal Pelas”la matçlarda fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə