UEFA "əsgər salamı" səbəbiylə Türkiyəyə cəza verməyəcək

AVRO 2020-nin seçmə matçında Fransada 1-1 bərabərə qaldıqdan sonra, Türkiyə Milli Futbol Komandasının "əsgər salamı" ilə əlaqədar bir araşdırma açılmışdı.SİA-nın məlumatına görə, UEFA, hərtərəfli bir araşdırmanın ardından qərarını açıqlayıb.Bildirilib ki, oyunçulara "salamla"ya görə cəza təyin edilmir.

Xatırladaq kli, Türkiyə millisi Albaniya və Fransadakı matçlar zamanı "Barış Bulağı Əməliyyatı"nda xidmət edən əsgərlərinə dəstək verərək salamlamışdılar. Buna görə də UEFA məsələnin siyasi ola biləcəyi səbəbi ilə istintaq başlatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...