Qrizmann: "Barselona"ya şöhrət dalınca gəlməmişəm

“Barselona”nın futbolçusu Antuan Qrizmann onu “Atletiko”dan Kataloniya klubuna keçidinə görə tənqid edən madridli azarkeşlərə cavab verib. Fransalı hücumçusu “Marca”ya açıqlamasında “Barselona”ya şöhrət dalınca gəlmədiyini deyib: “Ateltiko”dan Çempionlar Liqasını və digər titulları qazanmaq üçün ayrılmamışam. Barselonaya yeni oyun üslubu, yeni fəlsəfə öyrənmək üçün köçmüşəm. “Atletiko” istənilən mövsüm Çempionlar Liqası və İspaniya La Liqasını qazana bilər”.

Qeyd edək ki, Qrizmann bu yay 120 milyon avro qarşılığında “Atletiko”dan “Barsa”ya keçib. O, cari mövsüm La Liqada 14 oyuna 5 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...