Azərbaycanın VKC Karate Do Federasiyasında yenilik ediblib. Federasiyadan SİA-ya daxil olan məlumata görə, Akşin Hüseynov səsvermə nəticəsində Azərbaycan VKC Karate Do Federasiyasının 1-ci vitse-prezidenti təyin olunub. Onu federasiyanın kollektivinə təqdim edən federasiyasının rəhbəri Nurəddin Quliyev, Akşin Hüseynovun qurumun fəxri üzvü olaraq hər zaman etimadı doğruldaraq yüksək nəticələr əldə edən idmançı, məşqçi və təşkilatçı biri kimi dəyərləndirildiyini diqqətə çatdırıb, eləcə də onun bu təyinatının qarşıdakı yeni zəfərlərə müsbət təsir göstərəcəyinə inandığını deyib.
Ona göstərilən etimada görə təşəkkürünü bildirən yeni 1-ci vitse-prezident Akşin Hüseynov kollektivlə uğurlu əməkdaşlığa və qarşıya qoyulan hədəflərə birgə səylə çatacaqlarına ümid etdiyini söyləyib. Karatenin inkişafının dövlət dəstəyinə görə bir daha təşəkkürünü çatdıran Akşin Hüseynov, qarşıdakı beynəlxalq arenalarda böyük nəticəyə nail olmaq üçün bütün imkanları səfərbər edəcəyini, üçrəngli bayrağımızı daim ucalara qaldıracağını bildirib. Federasiya kollektivi də öz növbəsində Akşin Hüseynova yeni işində uğurlar və yeni-yeni nailiyyətlər arzulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB