Çempionlar Liqasında həftənin oyunçusuları bilinib

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. SİA-nın məlumatına görə, turnirin qrup mərhələsinin VI turunun qarşılaşmalarından sonra tərtib olunan siyahıya Neymar (PSJ), Joao Feliş (“Atletiko Madrid”), Qabriel Jesus (“Mançester Siti”) və Arkadiuş Milik (“Napoli”) daxil ediliblər.

Həftənin ən yaxşı oyunçusu azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində dekabrın 14-də müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...