Atletimiz Avropa birinciliyində medallar qazanıb

İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. SİA-nın məlumatına görə, 15 yaşadək atletlərin mübarizəsində 76 kiloqram çəki dərəcəsində çıxış edən Rahilə Hüseynova birdən qaldırma hərəkətində 75 kiloqram nəticə ilə dördüncü yeri tutub. İdmançımız təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək 97 kiloqramın öhdəsindən gəlib. R.Hüseynova bu hərəkətdə Avropa birinciliyinin gümüş mükafatçısı olub.

Toplam 172 kiloqram (75+97) nəticə ilə yekun sıralamada üçüncü yerə çıxan ağır atletimiz bürünc medala layiq görülüb.

Dekabrın 7-də start götürən və ayın 14-dək davam edəcək Avropa birinciliyinə 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...