UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq

Dekabrın 11-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. SİA-nın məlumatına görə, turun ikinci oyun günündə A, B, C və D qrupundakı komandalar qarşılaşacaqlar.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Fransada “Paris Sen-Jermen” klubunun qonağı olacaq. A qrupunun digər matçında “Brügge” Belçikada İspaniyanın “Real Madrid” klubunu qəbul edəcək. Madrid və Paris təmsilçiləri səkkizdəbir finala vəsiqəni təmin ediblər. Bu turun nəticəsində qrupdan UEFA Avropa Liqasında çıxış edəcək komanda müəyyənləşəcək. İstanbul təmsilçisi bu vəsiqəni qazanmaq üçün qalib gəlməli, “Brügge” isə xal itirməlidir.

Günün mərkəzi qarşılaşması B qrupunda yer alan Almaniyanın “Bavariya” və İngiltərənin “Tottenhem” klubları arasında baş tutacaq. Bu komandaların səkkizdəbir finalda çıxış edəcəkləri öncədən dəqiqləşib. Qrupun digər oyununda Yunanıstanın “Olimpiakos” klubu isə Serbiyanın “Srvena Zvezda” komandasını qəbul edəcək. Qonaqlar ən azı heç-heçə sayəsində UEFA Avropa Liqasında iştirak hüququna sahib olacaqlar.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu:

“Paris Sen-Jermen” (Fransa) – “Qalatasaray” (Türkiyə);

“Brügge” (Belçika) – “Real Madrid” (İspaniya).

Qrupdakı vəziyyət: “Paris Sen-Jermen” – 13, “Real Madrid” - 8, “Brügge”- 3, “Qalatasaray”- 2.

B qrupu:

“Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə);

“Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya).

Qrupdakı vəziyyət: “Bavariya” - 15, “Tottenhem” - 10, “Srvena Zvezda” - 3, “Olimpiakos” - 1.

C qrupu:

“Dinamo Zaqreb” (Xorvatiya) – “Mançester Siti” (İngiltərə);

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Atalanta” (İtaliya).

Qrupdakı vəziyyət: “Mançester Siti” - 11, “Şaxtyor” - 6, “Dinamo”- 5, “Atalanta” - 4.

D qrupu:

“Bayer Leverkuzen” (Almaniya) – “Yuventus” (İtaliya);

“Atletiko Madrid” (İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya).

Qrupdakı vəziyyət: “Yuventus” - 13, “Atletiko” - 7, “Bayer” - 6, “Lokomotiv” - 3.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...