FIFA-nın nümayəndələri "Qarabağ"ın matçını izləyəcək

FIFA-nın dəstəyi ilə Bakıda AFFA-nın və Orta Asiyanın üzv assosiasiyalarının futbol təcrübəsi və bilik mübadiləsi seminarı işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirə FIFA-nın, eləcə də Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan futbol assosiasiyalarının nümayəndələri qatılıb. AFFA-nın İnkişaf Strategiyası, klublar haqqında qanunvericiliyin tələbləri, klub lisenziyasında hüquqi və maliyyə meyarlarının nəzərə alınması, qadın futbolu, texniki inkişaf kimi bir neçə mövzu haqqında təqdimatlar qonaqların diqqətinə çatdırılıb.

Seminarın ikinci günü iştirakçılar Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Dalğa" Futbol Mərkəzi ilə tanışlıqdan sonra UEFA Avropa Liqasında qrup mərhələsinin Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və Lüsksemburq “Düdelanj”ı arasında keçiriləcək oyunu izləyəcəklər.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:55-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...