"Latsio"nun futbolçusunun evi qarət olundu

"Latsio"nun futbolçusu Sergey Milinkoviç-Saviçin evi A Seriyasının 15-ci turunda "Yuventus"la matç zamanı qarət olunub. "Sky Sports Italia" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi dostları ilə birlikdə qələbəni qeyd etdikdən sonra evə qayıdıb və mənzilinin qarət olunduğunu görüb. Oğrular serbiyalı oyunçunun 5 saatını və 100 min avro məbləğində pulunu götürüblər. Qeyd edək ki, "Latsio" "Yuventus"u 3:1 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə