“Sabah”ın təcrübə proqramının təqdimatı olub

“Sabah” futbol klubunun təcrübə proqramı ilə bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdimat keçirilib. SİA-nın məlumatına görə, “Sabah” Futbol Akademiyasının koordinatoru Adino Mustedanaqiç təcrübə proqramı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

Təqdimat zamanı sözügedən proqramın gənclərin inkişafında oynadığı roldan, həmçinin “Sabah”ın gələcək planlarından bəhs edilib.

Xatırladaq ki, bir müddət əvvəl “Sabah”ın Akademiyası könüllülər üçün məşqçi köməkçisi, fiziki məşqçi, analitik məşqçi və tərcüməçi vəzifələri üzrə təcrübə proqramına start verib. Təcrübə proqramında iştirak edənlər dünyanın ən məşhur futbol akademiyalarından olan “Dinamo Zaqreb”in metodologiyasına yiyələnə, peşəkar futbol mütəxəssisi ola bilərlər.

İki il müddət üçün nəzərdə tutulmuş təcrübə proqramında 18-28 yaşlı gənclər iştirak edir. Namizədlərin ingilis dili biliyinin olması vacibdir. Təcrübə proqramı könüllülük əsasında həyata keçirilir. Könüllülərin nəqliyyat xərcləri akademiya tərəfindən qarşılanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...