38 yaşlı kapitan "het-trik"i ilə tarixə düşdü

İspaniya La Liqasının 16-cı turunun “Atletik”lə ev oyunu (3:2) “Betis”in kapitanı Xoakin üçün əlamətdar olub. SİA "sports.ru" saytına istinadən xəbər verir ki, təcrübəli hücumçu bu oyunda İspaniya çempionatının tarixinə düşüb.

“Betis”in hər üç qolunu vuran ispaniyalı forvard La Liqa tarixində het-trikə imza atan ən yaşlı futbolçu olub. O, bunu 38 yaş, 140 günlüyündə reallaşdırıb.

İspaniya La Liqasında əvvəlki rekord 37 yaşında het-trik etmiş Madrid “Real”ının əfsanəvi futbolçusu Alfredo Di Stefanoya aid idi.

Bütün xəbərlər Facebook səhifəmizdə