Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub

Azərbaycan ağırlıqqaldıranı Elşən Məmmədov İsrailin Eylat şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyinin qalibi adını qazanıb. SİA-nın məlumatına görə, o, yaşı 15-ə qədər olan atletlərin mübarizəsində bütün rəqiblərini qabaqlayıb. 61 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz birdən qaldırma hərəkətində 106 kq nəticə ilə gümüş medal qazanıb. Məmmədov təkanla qaldırmada da fəxri kürsüyə yüksəlib. 129 kq çəkinin öhdəsindən gələn atlet bürünc medala sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə