Baş məşqçi "Lester"lə müqavilə müddətini yeniləyib

“Lester”in baş məşqçisi Brendan Rocers klubla müqavilə müddətini 2025-ci ilə qədər artırıb. SİA-nın klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, şimali irlandiyalı mütəxəssis bunları söyləyib: “Mən “Lester”in təklifini qəbul edəndə sadəcə bu klubu çətin vəziyyətdən çıxarmaq istəmişdim. Bundan sonra isə gələcəyin komandasını qurmaq istəyirəm. Mənə güvənən və dəstək olan azarkeşlərimizə isə xüsusi təşəkkür edirəm. Biz “Lester”ə uğur qazandırmaq üçün birgə fəaliyyət göstərəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə