"Çelsi"yə tətbiq olunan transfer qadağası ləğv edilib

FIFA-nın İngiltərənin "Çelsi" klubuna tətbiq etdiyi transfer qadağası ləğv olunub. SİA-nın məlumatına görə, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb.

London təmsilçisinin şikayətinə baxan qurum bu cəzanı ləğv edib. Bu da o deməkdir ki, "Çelsi" qış transfer pəncərəsi dövründə yeni futbolçu qeydiyyatdan keçirə biləcək. Qeyd edək ki, FIFA bu ilin fevralında "Çelsi"yə 2019-2020 mövsümünün sonunadək transfer qadağası qoymuşdu. Buna səbəb "zadəganlar"ın yetkinlik yaşına çatmayan 29 oyunçu transfer etməsi səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə