Eden Azar "El-Klasiko"da olmayacaq?

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Eden Azar La Liqanın X turundan təxirə salınan "Barselona" ilə matçda iştirak etməyəcək. "Report" "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı belçikalı hücumçu zədə səbəbindən "El-Klasiko"nu buraxacaq. Oyunçunun sağalma müddəti daha sonra açıqlanacaq. Azar Çempionlar Liqasının qrup mərhələsinin V turunda Madriddə Fransa PSJ-si ilə görüşdə (2:2) xəsarət alıb.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək "Barselona" - "Real Madrid" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...