“Şimşək” futzal komandası qalib olub

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb. SİA-nın məlumatına görə, “Şimşək” komandası turnirin qalibi olub. “Zirvə” və “Azəri” isə müvafiq olaraq 2-3-cü yeri tutublar.

“Azəri” komandasından Ümüd İbrahimov turnirin ən yaxşı oyunçusu, “Şimşək”dən Rabil Şahbazov isə ən yaxşı qapıçı seçilib. Turnirin ən məhsuldar futzalçısı 11 qol vuran “Zirvə” komandasının üzvü Musa Musayev olub.

Sonda komandalara medallar, diplomlar və kuboklar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə