İdmançılarımız San-Remo marafonunda iştirak edəcəklər

Dekabrın 8-də İtaliyanın San-Remo şəhərində 3-cü ənənvi şəhər marafonu keçiriləcək. SİA-nın məlumatına görə, marafonda Azərbaycandan olan idmançılar da daxil olmaqla dünyanın 21 ölkəsindən 600-dən çox iştirakçı olacaq.

42,195 kilometr uzunluğundakı qaçışda istənilən şəxs iştirakçı ola bilər. Həmçinin uşaqlarla iştirak etmək istəyənlər üçün 10 kilometrlik yol nəzərdə tutulub. Qaçış zolağı şəhərin maraqlı və turistik məkanlarından keçir. İştirak üçün qeydiyyat dekabrın 5-də bitəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə