"Zirə"nin tarixində yeni rekordçu

"Zirə"nin tarixində yeni rekordçu

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la bu gün keçirilən oyunu (4:0) “Zirə”nin tarixinə əlamətdar hadisə ilə düşüb.

SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda oynanılan matçda meydana çıxan Cəlal Hüseynov klub tarixinə ən gənc futbolçu kimi düşüb. 2003-cü il yanvarın 2-də anadan olan müdafiəçi əsas komandada 16 yaş 336 günlüyündə debüt edib.

Cəlal komandanın sabiq futbolçusu Ziyadxan Məmmədovun göstəricisini yeniləyib. 2014-cü il sentyabrın 19-da keçirilən I divizionun “Zirə”–“Göyəzən” qarşılaşmasında (5:0) debüt edən futbolçu 19 yaş 102 günlüyündə şans qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə