Ağır atletika üzrə yığma komandamız Avropa birinciliyində iştirak edəcək

Ağır atletika üzrə yığma komandamız Avropa birinciliyində iştirak edəcək

Dekabrın 7-dən 14-dək İsrailin Eylat şəhərində 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. SİA-nın məlumatına görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayacaqlar.

Yığmamızın baş məşqçisi Asif Məmmədovun rəhbərliyi altında Aişə Əliyeva, Selcan Qarayeva, Rəhilə Hüseynova, Leyla Qurbanlı, Kənan Rəhimov, Qasım İsmayılov, Elşən Məmmədov, Nurlan Məmmədzadə, Əvəz Tağıyev, Tehran Məmmədov, Rüstəm Qasımov, Ömər Cavadov, Samir Əskərzadə, Həsənağa Sahibov, İsa Həsənli, Tarmenxan Babayev, Əli Şükürlü və Rəhman Kazımov körpücük üzərinə çıxacaqlar.

Ədalət təmsilçisi olaraq İsraildə ölkəmizi beynəlxalq dərəcəli hakim Səbinə Rzayeva təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə