U-19 komandamız VIII qrupda qarşılaşacaq

U-19 komandamız VIII qrupda qarşılaşacaq

On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda Fransa, Yunanıstan və Moldova komandaları ilə birgə mübarizə aparacaq.

Bu qrupun oyunları 2020-ci il oktyabrın 7-də, 10-da və 13-də Moldovoda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə