Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bayrağı Tokioda Azərbaycan nümayəndə heyətinə təqdim edilib. SİA-nın məlumatına görə, Yaponiyanın paytaxtında keçirilən batut gimnastikası üzrə 34-cü dünya çempionatının finalında FIG-in bayrağı Azərbaycan Gənclər və İdman Nazirliyinin gimnastika üzrə kuratoru Elçin Qasımova və Azərbaycan Gimnastika Federasiyasının idman meneceri Fatimə Şəfizadəyə təqdim olunub.
Azərbaycan 2021-ci ilin noyabrında batut gimnastikası üzrə növbəti dünya çempionatına ev sahibliyi edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB