Ərdoğan Türkiyə yığmasının Bakıda oynayacağını əvvəlcədən proqnozlaşdırıb

Ərdoğan Türkiyə yığmasının Bakıda oynayacağını əvvəlcədən proqnozlaşdırıb

"EURO 2020 qrupunun püşkatmasından əvvəl prezident Ərdoğan "Qazprom"un rəhbəri Aleksey Millerə "İnşallah Roma ilə birlikdə Bakıda düşəcəyik" deyib". SİA-nın verdiyi məlumata görə, bu sözləri NTV telekanalının idman şərhçisi Ridvan Dilmən söyləyib. O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə yığmasının AVRO 2020-də A qrupuna düşəcəyini püşkatmadan öncə proqnozlaşdırıb:

"Prezidentin ürəyi təmizdir. Biz indi onunla məsləhətləşdik. Hər iki oyun Bakı keçiriləcək. Əslində, ölkəmizin istədiyi şəkildə oldu. 10 gün Bakıda qalarıq".

Qeyd edək ki, AVRO-2020-də Türkiyə-İtaliya matçı ilə bərabər Uels - İsveçrə oyunları da Azərbaycanda baş tutacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə