Avro-2020-nin püşkü atıldı

Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkü atılıb.

SİA xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən tədbirdə 24 komanda 4 səbətə bölünüb. Qitə çempionatına seçmə mərhələdən vəsiqə qazananlar ilk üç səbətdə, Millətlər Liqası vasitəsilə iştirak hüququ qazanacaq komandalar isə dördüncüdə olub.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Püşkün nəticəsində A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milliləri mübarizə aparacaq.

A qrupu

Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə

B qrupu

Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)

C qrupu

Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi

D qrupu

İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu

İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi

F qrupu

A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə