Kikboksinqçilərimiz dünya çempionatında uğur qazanıblar - 1 qızıl, 1 gümüş, 2 bürünc

Kikboksinqçilərimiz dünya çempionatında uğur qazanıblar - 1 qızıl, 1 gümüş, 2 bürünc

Türkiyənin Antalya şəhərində 70 ölkənin iştirak etdiyi kikboksinq üzrə dünya çempionatı kecirilib. SİA-nın verdiyi məlumata görə, bu yarişda Azərbaycan milli yığma komandası 10 idmançı ilə iştirak edib.

"Sərhədçi" yığmasının yeniyetmə üzvü, 16 yaşlı Qəşəm Məmmədov böyüklər arasında dünya çempionatının 3-cüsü olub. Bu günə gədər yeniyetmə idmançı böyüklər arasında yarışda belə bir uğur gazanmamışdı. Belə ki, rinq döyüşlərində bir gümüş (Camal Məmmədov 54 kg), bir bürünc medal gazanılıb. Ümumi hesabda isə 1 qızıl, 1 gümüş və 2 bürünc medal gazanılıb.

İdmançılar bu uğurlara görə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyevə, "Sərhədçi" Kikboksing klubunun prezidenti Cavid İsmayılova təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə