Bakı A qrupunun oyunlarına ev sahibliyi edəcək

Bakı A qrupunun oyunlarına ev sahibliyi edəcək

Bakı futbol üzrə “Avro 2020”nin final mərhələsi çərçivəsində A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə birlikdə ev sahibliyi edəcək. Azərbaycan milli komandası turnirin final mərhələsinə vəsiqə qazanmadığı üçün İtaliya millisi hər üç oyunu öz meydanında keçirəcək.

SİA-nın məlumatına görə, bundan əlavə, Millətlər Liqasının dörd pley-off qalibi A qrupuna düşə bilməz. Bu səbəbdən dördüncü səbətdən Finlandiya və ya Uels millisi paytaxtımızda qonaq olacaq. Birinci səbətdən heç bir milli komanda A qrupunda yer ala bilməyəcək. Çünki artıq İtaliya millisi birinci səbətdən A qrupunda yerini təmin edib. Eyni zamanda, ikinci səbətdən Rusiya və Danimarka, üçüncü səbətdən isə Niderland ev sahibi ölkələr olduqları üçün onların yer aldıqları qruplar artıq bəllidir.

Xatırladaq ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun üç qarşılaşması, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə